Xanımından Peskova doğum günü təbriki - Fotolar

xanimindan-peskova-dogum-gunu-tebriki
Oxunma sayı: 3796

Oktyabrın 17-də Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov doğum gününü qeyd edib. Siyasətçinin 54 yaşı tamam olub.

“Qafqazinfo” xəbər verir ki, onu doğum günü münasibətilə 46 yaşlı həyat yoldaşı, rəqqasə-fiqurist Tatyana Navka da təbrik edib. İnstaqramda ailə arxivindən foto paylaşan Navka bunları yazıb:

“Ən yaxşı sözlər, emosiyalar və sevgi bu gün təkcə sənin üçündür, mənim sevgilim! Sənin üçün, bizim üçün kainata durmadan təşəkkür edirəm! Mənim xoşbəxtliyim, arxa-dayağım, dostum, ərim, doğum günün mübarək! Mən əbədi və həmişə səninləyəm”.

Qeyd edək ki, cütlük altı ildir ailəlidir. Onların yeddi yaşlı Nadya adlı qızı var. Bu, həm Peskovun, həm də Navkanın ikinci evliliyidir. Siyasətçinin birinci nikahdan üç, xanımının isə bir övladı var.