Xankəndi və Laçında Zəfər Günü ilə bağlı yürüş - Video - Fotolar - Yenilənib

xankendi-ve-lacinda-zefer-gunu-ile-bagli-yurus
Oxunma sayı: 1525

Xankəndidə Zəfər Günü ilə bağlı təntənəli yürüş keçirilir.

“Qafqazinfo” xəbər verir ki, “Zəfər” meydanından başlayan yürüş şəhərin giriş qapısına qədər davam edəcək.

Yürüş hərbi orkestrin müşayiəti ilə başlayıb.

Tədbiri şəhər sakinləri və qonaq gələn vətəndaşlar maraqla qarşılayıblar.

***

Zəfərin beşinci il dönümünə həsr olunan qələbə yürüşü Laçında da keçirilib.

Laçında Bayraq meydanından başlayan hərbi yürüşdə Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyi, Bərpa, Tikinti və İdarəetmə Xidmətinin rəsmiləri də iştirak ediblər.

Sakinlər yolboyu toplaşaraq qəhrəman əsgərləri alqışlarla qarşılayıb.

Polis əməkdaşlarının iştirakı ilə yürüş şəhər küçələri boyunca davam edib. 

Ziya Əmirxanlı