“Barselona”nın idman direktoru Deko klubun baş məşqçisi Xavi barədə danışıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “FC Barcelona Noticias” məlumat yayıb.
O bildirib ki, Xavinin istefaya göndərə biləcəkləri ilə bağlı yayılan xəbərlər həqiqəti əkst etdirmir:
“Xavi bizim baş məşqçimizdir, onun bu yaxınlarda yenilədiyi müqaviləsi var. Bu söz-söhbətlərin yaranması “Barselona” üçün normaldır. Lakin hansısa klub baş məşqçi ilə müqaviləni yeniləyəndə, deməli, mütəxəssisə güvənilir”.
Qeyd edək ki, bu yaxınlarda yenilənən müqaviləyə əsasən, 43 yaşlı mütəxəssis 2024-cü ilin yayınadək klubun baş məşqçici təyin edilib.