Sular altında qalan Xerson - Əvvəl və sonra

sular-altinda-qalan-xerson
Oxunma sayı: 4705

Xəbər verdiyimiz kimi, iyunun 6-na keçən gecə Ukraynanın Xerson vilayətində yerləşən Kaxovka Su Elektrik Stansiyasında partlayış baş verib. Hadisə nəticəsində Nova Kaxovka və digər şəhərlərdə kəndləri su basıb. Ərazinin Ukraynanın nəzarətində olan hissəsində əhalinin təxliyəsi həyata keçirilib. 

“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, Ukraynada dağıdılmış bəndin vurduğu ziyan nəticəsində Xerson şəhərinin böyük hissəsinin sular altında qaldığı müşahidə edilir.

Şəhərin SES partlamadan öncə və sonra olan fotoları isə fəlakətin böyüklüyünü ifadə edir.

Həmin fotoları təqdim edirik: