Xersona artilleriya hücumu - Vətəndaşlar şəhəri tərk edir

xersona-artilleriya-hucumu
Oxunma sayı: 1941

Ukraynanın Xerson şəhəri son günlər güclü artilleriya hücumuna məruz qalıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, baş verənlərdən qorxuya düşən dinc sakinlər şəhəri göz yaşları içində tərk edirlər.

"Ruslar əvvəllər gündə 7-10, indi isə gün ərzində 70-80 dəfə şəhəri bombalayırlar", - deyə yerli sakinlər vurğulayıblar.

Belə ki, hər gün şəhəri 400-dən çox insan tərk edir.

Qeyd edək ki, bir gün öncə Rusiya ordusu Ukraynanın Xerson şəhərindəki doğum evini atəşə tutub.