Xersonda ölənlərin sayı 5 nəfərə çatdı

xersonda-olenlerin-sayi-5-nefere-catdi
Oxunma sayı: 943

Xerson vilayətində Kaxovka Su Elektrik Stansiyasının partladılmasından sonra ölənlərin sayı 5 nəfərə çatıb. 

“Qafqazinfo” “Kommersant”a istinadən xəbər verir ki, bu barədə məlumatı Nova Kaxovka şəhərinin meri Vladimir Leontyev açıqlayıb. 

Onun sözlərinə görə, daha 41 nəfər isə xəsarət alıb. 

Leontyev bildirib ki, su basan ərazilərdən əhalinin təxliyyəsi davam etdirilir. Şəhərdə isə suyun səviyyəsi mütəmadi olaraq azalır. 

Xatırladaq ki, daha əvvəl yayılan məlumatda 3 nəfərin öldüyü bildirilirdi.