Xəzər rayonunda növbəti ağacəkmə aksiyası - Fotolar

xezer-rayonunda-novbeti-agacekme-aksiyasi
Oxunma sayı: 311

Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması ilə əlaqədar Xəzər rayonunda növbəti ağacəkmə aksiyası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qala qəsəbəsi, Qala-Pirallahı avtomobil yolunun sağ hissəsində keçirilən aksiyada Rayon  İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, RİH başçısının müavinləri və Aparatın əməkdaşları, Xəzər RİH başçısının qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, rayonun təhsil, səhiyyə, mədəniyyət, idarə, müəssisə və təşkilatların rəhbərləri və kollektivləri, şəhid ailələri və müharibə iştirakçıları, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Aksiya iştirakçıları tərəfindən əkilən ağaclara aqrotexniki qulluq göstərilib, onların suvarılması ilə bağlı vacib təşkilati və texniki tədbirlər görülüb.