Xəzər Rayon İcra Hakimiyyəti və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə "Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda bayram şənliyi keçirilib.
"Qafqazinfo" xəbər verir ki, Novruz bayramı münasibəti ilə keçirilən bayram şənliyində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, RİH başçısının müavinləri və aparatın əməkdaşları, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə və Qoruğun əməkdaşları, YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov, Xəzər İnkişaf Fondunun rəhbəri Elmar Mədətov, Xəzər rayonunun Hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəsissə və təşkilat rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə E. Salahov çıxış edərək əziz bayram günündə Prezidenti İlham Əliyevin Ümummilli liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdıraraq Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun doğma torpaqlarımızı işğaldan azad etdiyini və həmin ərazilərdə böyük çoşğu ilə Novruz bayramını qeyd etdiyimizi, şəhidlərimizin xatirəsini dərin ehtiramla yad edərək, şəhid ailələrini, torpaqlarımızın keşiyində dayanan əsgər və zabitləri, rayon ictimayyətini “Novruz bayramı” münasibətilə arzular diləyib.
Sonra “İçərişəhər” DTMQİ İdarə Heyətinin sədri Şahin Seyidzadə çıxış edərək tədbir iştirakçılarını təbrik edib.
Tədbirin ikinci hissəsi rayon rəhbərliyinin və qonaqların iştirakı ilə Novruz atributları ilə bəzədilən Qala qoruğunda möhtəşəm konsert proqramı ilə davam etdirilib.