Vətən müharibəsinin ikinci ildönümü ilə əlaqədar Xəzər rayonunda silsilə tədbirlər çərçivəsində Zəfər Günü ilə bağlı rayon mədəniyyət işçilərinin və məktəblilərin iştirakı ilə konsert proqramı təşkil edilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri və qazilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Şağan Mədəniyyət Mərkəzində keçirilən tədbir hərbi orkestrin ifasında Azərbaycan Dövlət Himninin səsləndirilməsi və ölkəmizin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Sonra isə Zəfər Gününə həsr olunmuş tədbir konsert proqramı və rəqs kompozisiyaları ilə davam edib.