XİN ABŞ-yə başsağlığı verdi

xin-abs-ye-bassagligi-verdi
Oxunma sayı: 2388

Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-nin Texas ştatında daşqınlar nəticəsində ölənlərlə bağlı başsağlığı verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə nazirliyin sosial şəbəkə hesablarında paylaşım edilib.

“ABŞ-nin Texas ştatının mərkəzini vuran daşqınlar nəticəsində çoxlu sayda insan ölümü və yaralanması bizi dərindən kədərləndirir. Biz ABŞ hökumətinə və bu faciədən əziyyət çəkən bütün insanlara ürəkdən başsağlığı veririk”, - paylaşımda qeyd olunub.