XİN Türkiyədəki partlayışla bağlı başsağlığı verdi

xin-turkiyedeki-partlayisla-bagli-bassagligi-verdi
Oxunma sayı: 2346

Azərbaycanın Xarici İşlər Nazirliyi Ankarada raket zavodunda baş vermiş partlayışla əlaqədar Türkiyəyə başsağlığı verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə nazirliyin tviter hesabında qeyd olunub.

Başsağlığında deyilir: “Qardaş Türkiyənin Almadağ qəsəbəsində zavodda partlayış xəbəri bizi çox kədərləndirdi. Dəhşətli hadisə nəticəsində vəfat etmiş soydaşlarımıza rəhmət, yaralılara şəfa diləyir, qardaşlarımızla həmrəyliyimizi ifadə edirik. Başın sağ olsun, Türkiyə!”