Xırdalanda “Prius” ana ilə övladını vurdu - Yenilənib

xirdalanda-prius-ana-ile-ovladini-vurdu
Oxunma sayı: 2632

Abşeron rayonu Xırdalan şəhərində avtomobil ana və övladını vurub.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin Mehdi Hüseynzadə küçəsində (“Yaşıl” marketin qarşısında) baş verib.

“Toyota Prius” markalı, 77 DE 139 dövlət qeydiyyat nişanlı avtomobilin zərbəsi nəticəsində ana və övladı ağır xəsarətlər alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

***

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) sorğumuza cavab olaraq bildirildi ki, baş verən hadisə ilə əlaqədar 2 nəfər dekabrın 5-i saat 12:40 radələrində Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib: “1968-ci il təvəllüdlü (cinsi qadın) pasiyentə sağ gözün hematoması, sol dizin yumşaq toxumalarının əzilmiş, sıyrılmış yaraları, sol topuğun yerdəyişmiş sınığı diaqnozları qoyulub. Müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır. 2017-ci il təvəllüdlü (cinsi kişi) pasiyentə hemotoraks, ağciyərlərin parenximal kontuziyası, sağ bazu, sağ bud, sol baldır sümüklərinin yerdəyişmiş sınıqları, qasıq və oturaq sümüklərinin sınığı diaqnozları qoyulub. Hazırda vəziyyəti ağırdır, Kliniki Tibbi Mərkəzə təxliyyə olunması nəzərdə tutulub".