Xırdalanda səhərə qədər su olmayacaq

xirdalanda-sehere-qeder-su-olmayacaq
Oxunma sayı: 2260

Abşeron rayon Xırdalan şəhərində kanalizasiya xəttində yaranmış qəza ilə əlaqədər Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı idarə təmir-bərpa işləri aparır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb.

Bildirilib ki, bununla əlaqədər Xırdalan şəhərinin su təchizatı 21 mart saat 22:00-dan, 22 mart səhər saatlarına qədər dayandırlacaq.