Xocalı və Tərtərə də komendant təyin edildi

xocali-ve-tertere-de-komendant-teyin-edildi
Oxunma sayı: 9318

Xankəndidən sonra Xocalı və Tərtərə də müvəqqəti komendantlar təyin edilib.

“Qafqazinfo”nun məlumatına görə, polis polkovniki Elçin Qasımov Tərtərə, polkovnik Zaur Nəbiyev isə Xocalıya komendant təyin olunub.

Zaur Nəbiyev 2020-ci ildə Xocalının polis rəisi təyin edilmişdi. Elçin Qasımov isə 2018-ci ildən Tərtərdə eyni vəzifəni yerinə yetirirdi.

Qeyd edək ki, daha öncə polis general-mayoru Sərdar Səfərov Xankəndi şəhərinə komendant təyin edilib.