“Ya ona ərə getməlisən, ya da ölməlisən” deyib bacısını bıçaqladı

ya-ona-ere-getmelisen-ya-da-olmelisen-deyib-bacisini-bicaqladi
Oxunma sayı: 645

İki gün əvvəl Şabran rayonunda qardaşın bacını bıçaqlanmasının səbəbləri məlum olub. 

"Qafqazinfo" Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, hadisəyə aylar öncə zorla nişanlandırılan Seyidcan Rzayevanin ailə qurmaq istəməməsi və toydan imtina etməsi səbəb olub. Aldığımız məlumata görə, ailədə münaqişə elə Seyidcan Rzayevaya elçi gələn gündən başlanıb. Seyidcan dəfələrlə etiraz etsə də, ailə onu zorla nişanlandırıb və evlənməyə məcbur edib. Ailənin qızı zorla həmin oğlana ərə vermək istəməsinin səbəbi oğlanin maddi cəhətdən imkanlı olması olub.  Bu günlərdə Rzayevlər ailəsində toy hazırlığı getdiyi ərəfədə Seyidcan Rzayeva ailə qurmaqdan imtina edib. Bunu görən 5 yaş kiçik qardaşı Nurşan Rzayev “ya ona ərə getməlisən, ya da ölməlisən” deyərək bacısını 2 dəfə bıçaqla vurub. Xəsarət alan Seyidcanı Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.  Xəstəxananın şöbə müdiri, həkim İmamqulu İbrahimin Sputnik Azərbaycan-a verdiyi məlumata görə hazırda xəstənin vəziyyəti orta ağırdir. Hadisə ilə əlaqədar Nurşan Rzayev istintaqa cəlb olunub.