Yanan evdən- - Fotolar+Yenilənib

yanan-evden-
Oxunma sayı: 2510


Bakının Nərimanov rayonunda yaşayış binalarından birində yanğın başlayıb.

“Qafqazinfo” xəbər verir ki, yanğınla bağlı fotolar facebook sosial şəbəkəsində paylaşılıb. Hadisə yerində olan sakinlər bildiriblər ki, mənzillərdən birində başlayan yanğın artıq  yuxarı mərtəbəyə keçib. Yanğın baş verən ərazidə FHN-nin yanğınsöndürənləri çalışır.

***

"Qafqazinfo"ya daxil olan məlumata görə, hadisə Aşıq Alı küçəsində, 4A binasının 7-ci mərtəbəsində baş verib. Evdəki bütün əşyalar yanıb.

Xoşbəxtlikdən yanğın baş verən zaman evdə heç kim olmayıb. 

Yanğın tamamilə söndürülüb.