YAP-çı millət vəkili tərəfindən bayram sovqatı paylanıldı - Foto

yap-ci-millet-vekili-terefinden-bayram-sovqati-paylanildi
Oxunma sayı: 2921

Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Anar Məmmədov tərəfindən Novruz bayramı münasibətilə Goranboy-Naftalan seçki dairəsi üzrə şəhid ailələrinə, qazilərə və aztəminatlı ailələrə bayram sovqatı paylanılıb.

“Qafqazinfo” xəbər verir ki, sovqatların ailələrə çatdırılmasında Anar Məmmədovun köməkçisi, YAP Naftalan şəhər təşkilatının sədri və Naftalan Şəhər və Goranboy Rayon İcra Hakimiyyətlərinin məsul əməkdaşları iştirak edib.

Bayram sovqatı alan ailələr də, öz növbəsində onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.