Yaponiya əhalisinin sayı azalır

yaponiya-ehalisinin-sayi-azalir
Oxunma sayı: 2937

Yaponiyanın ümumi əhalisi keçən il yarım milyondan çox azalıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Yaponiya Daxili İşlər Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, 2023-cü ildə diri doğulan körpələrin sayı 730 minlə indiyə qədərki ən aşağı səviyyədə qalıb.

Keçən il ölənlərin sayının 1,58 milyon olaraq qeyd edildiyi Yaponiyada ümumi əhali ardıcıl 15-ci ildir ki, yarım milyondan çox azalıb.

2024-cü il yanvarın 1-nə ölkə əhalisinin sayı 124,9 milyon nəfər olub.

Yaponiyada yaşayan əcnəbilərin sayı 11 faiz artaraq ilk dəfə 3 milyonu keçib.

Hazırda ümumi əhalinin təxminən 3 faizini təşkil edən əcnəbilər əsasən 15-64 yaş qrupunda olan əmək qabiliyyətli insanlardır.

2024-cü il büdcəsinin bir hissəsi olaraq, hökumət gənc cütlükləri daha çox uşaq sahibi olmağa təşviq etmək üçün 34 milyard dollar ayırıb.

Yaponiya əhalisinin 2070-ci ilə qədər təxminən 30 faiz azalaraq 87 milyona çatacağı, hər 10 nəfərdən dördünün 65 və daha yuxarı yaşda olacağı proqnozlaşdırılır.