Yaponiyada güclü zəlzələ oldu

yaponiyada-guclu-zelzele-oldu
Oxunma sayı: 586

Yaponiyanın Honsyu adasında 6,5 ​​bal gücündə zəlzələ qeydə alınıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilir ki, zəlzələnin episentri əhalisi təxminən 220 min nəfər olan Haçinohe şəhərindən 102 km şimal-şərqdə yerləşib. 

Tələfat və dağıntılar barədə isə hələlik məlumat yoxdur.