Yaponiyalı beysbolçu idman tarixində rekord müqavilə imzalayıb

yaponiyali-beysbolcu-idman-tarixinde-rekord-muqavile-imzalayib
Oxunma sayı: 2398

Yapon beysbolçusu Şohei Ohtani Böyük Beysbol Liqasının (MLB) Los Angeles Dodgers komandası ilə on illik müqavilə imzalayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, müqavilənin məbləği 700 milyon dollar təşkil edəcək.

29 yaşlı yapon beysbolçunun müqaviləsi dünya idmanı tarixində ən böyük müqavilə olub. Bundan əvvəlki rekord 2020-ci ilin iyulunda Amerika futbolunda qeydə alınıb. Sonra Patrick Mahomes “Kanzas Siti” komandası ilə 503 milyon dollar dəyərində on illik müqavilə imzaladı.

Şohei Ohtani əvvəllər “Los Angeles Angels”da oynayıb, oradan 2023-cü ildə azad agent kimi ayrılıb. O, üç dəfə MLB All-Star və iki dəfə Amerika Liqasının Ən Dəyərli Oyunçusu olub.

“ESPN” xəbər verir ki, bu il Yaponiya milli komandasının tərkibində Ohtani Dünya Beysbol Liqasının qalibi olub.