Yasamalda yük maşını ağaca dəydi - Sıxlıq yarandı

yasamalda-yuk-masini-agaca-deydi
Oxunma sayı: 1709

Paytaxtın Yasamal rayonu Ə.Haqverdiyev küçəsi ilə Ə.Cəmil küçəsinin kəsişməsində yük avtomobili ağaca dəyib.

DİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, hadisə nəticəsində ərazidə sıxlıq yaranıb.

Hazırda Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi istiqamətində müvafiq tədbirlər görülür.