Yaşayış kompleksində maşınını dirəyə çırpdı, öldü

yasayis-kompleksinde-masinini-direye-cirpdi-oldu
Oxunma sayı: 2550

Abşeron rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, Qobu qəsəbəsində yerləşən məcburi köçkünlər üçün tikilmiş yaşayış kompleksində 1957-ci il təvəllüdlü Akif Məlikov idarə etdiyi “VAZ” markalı avtomobili işıq dirəyinə çırpıb.

Qəza zamanı sürücü hadisə yerində ölüb.

Faktla bağlı Abşeron RPİ-də cinayət işi başlanılıb.