Yaşlanmaqdan zövq alan 65 yaşlı Şeron Stoun... - Foto

yaslanmaqdan-zovq-alan-65-yasli-seron-stoun
Oxunma sayı: 5468

Martın 10-da dünyaşöhrətli amerikalı aktrisa Şeron Stoun 65 illik yubileyini qeyd edib.

“Qafqazinfo” xəbər verir ki, bu günlərdə isə o, 3,5 milyonluq instaqram hesabında video paylaşıb. O, makiyajsız görüntülənib.

Sosial şəbəkə izləyicilərinin çoxu aktrisanın bu yaşda və makiyajsız halda da çox gözəl olduğunu vurğulayıb. Lakin bəziləri kədər hissi ilə qeyd ediblər ki, bir vaxtlar dünyanın ən gözəl və arzuolunan qadınlarından biri çox yaşlanıb. 

Eyni zamanda Ş. Stounu çoxmilyonluq auditoriya qarşısına olduğu kimi çıxmaq cəsarətini alqışlayıblar.

Xatırladaq ki, aktrisa müsahibələrində dəfələrlə vurğulayıb ki, heç vaxt könüllü şəkildə cərrah bıçağının altına girməz. O qeyd edib ki, plastik əməliyyatlar etməkdən imtina edir: “Bəli, mən qocalıram. Amma mən bu prosesdən zövq alıram”.