Yaxşılığı öldürdü... - Türkiyə bu hadisədən danışır+Video

yaxsiligi-oldurdu
Oxunma sayı: 11288

Türkiyənin İzmir şəhərində baş verən cinayət hadisəsi ölkənin gündəminə çevrilib.

“Qafqazinfo”nun məlumatına görə, taksi sürücüsü Oğuz Erge yol kənarında dayanan şəxsi soyuqda üşüməsin deyə, avtomobilinə əyləşdirib.

Arxa oturacaqda oturan şəxs isə sürücüyə tapança ilə atəş açaraq onu ağır yaralayıb. Avtomobildən düşən sərnişin güllələdiyi kişiyə “heç kimə inanmayacaqsan, dayı” deyib.

Cinayətkarın bu davranışı Türkiyədə “yaxşılığı öldürdü” başlığı ilə medianın gündəmini zəbt edib.

Qeyd edək ki, fevralın 1-də ağır yaralanan O.Erge bu gün dünyasını dəyişib. O, iki uşaq atası idi.