Yazıçılar Birliyinə yeni- - Təyinat+Yenilənib

yazicilar-birliyine-yeni-
Oxunma sayı: 1994


AYB-dən “Qafqazinfo”ya daxil olan məlumata görə, AYB Katibliyinin qərarı ilə bu vəzifəyə şairə Xəzangül Hüseynova təsdiq olunub. 

***

“Qafqazinfo”nun məlumatına görə, Xəzangül Hüseynova Trend İnformasiya Agentliyinin baş direktor müavini olan jurnalist Emil Hüseynlinin anasıdır.

Yeni sədr bu gün Gəncə Dövlət Universitetində ədəbi ictimaiyyətə təqdim olunub.

Qeyd edək ki, avqustun 29-da Gəncə bölməsinin sədri Məmməd Alim qəflətən dünyasını dəyişib. M.Alim 1989-cu ildən AYB-nin Gəncə bölməsinin sədri vəzifəsində çalışırdı.

Xatırladaq ki, Xəzangül Hüseynova 1947-ci il dekabrın 17-də Gürcüstanın Borçalı qəzasının Qırıxlı kəndində doğulub. Orta məktəbi qızıl medalla, Gəncə Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universiteti) Kimya-biologiya fakültəsinin kimya şöbəsini fərqlənmə diplomu ilə bitirib. 7 kitab müəllifidir. Yazıçı-filoloq, əməkdar müəllim, professor Bağır Bağırov "Xəzangül" adlı kitabını onun yaradıcılığına həsr edib. Şair İmir Məmmədlinin tərcüməsində "Ekvebi" adlı kitabı gürcü dilində nəşr olunub. 2008-ci ildə Türkiyədə "Bitmeyen Hazan" (Ankara-2008, "Bengü" nəşriyyatı) adlı kitabı çap edilib.

“Məhəbbətin qənimi” adlı mənzum pyesi Gəncə Dövlət Dram Teatrında müvəffəqiyyətlə səhnəyə qoyulub.
1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 2008-ci ildən Avrasiya Yazarlar Birliyinin üzvüdür.

***
Xəzangül Hüseynovanın bir neçə şerini təqdim edirik:

Allah məni daş elə...

Gecə gözü,
Göyün üzü,
Qara qəlbli adamların,
Qara üzü kimi üzü qara.
Tüğyan edən duyğularım,
Ürəyimi yora-yora,
Çalxalayır yenə məni.
Mən nəçiyəm, kiməm axı?
İnsanammı, canlıyammı?
Çiçəyəmi yoxsa, çayam?
Bəlkə elə qarışqayam?
Təpiklənmiş düzəm bəlkə?
Ürəyimi sökə-sökə,
Şumlayıblar şumluq üçün.
Mən cücərmək istəmişəm,
İlhamının yaratdığı ağac kimi,
Buğda kimi.
Mən saxlamaq istəmişəm,
Tərəzidə öz çəkimi.
Özülümə sirr deyərək,
Calaq-calaq calayıblar.
Allah məni,
Ancaq belə bar sayıblar.
Calanmışam,
Calağımda döyünübdür yad ürəyi.
Adım olub calaq adı,
Hərdən-hərdən pöhrələnib,
O calaqdan ayrılarıq,
İstəmişəm özüm kimi,
Pöhrələnim, pöhrələnim.
Cır yeyərək öz kökümdən qoparıblar.
Mənə olub özgə kökü köküm kimi.
Gen düşmüşəm öz soyumdan.
Baş açmıram, Tanrım, hələ bu oyundan.
İstəmirəm, istəmirəm  yekə olmaq.
Yekələrə tikə olmaq.
Yenə məni calaq edin öz kökümə.
Görməliyəm öz yuxumu,
Dadmalıyam öz qoxumu.
Bu arzuma yetirməsən,
Allah, məni boşluq eylə,
Daşlıq eylə
Elə daş ki,
“Azıx” kimi evi olsun.
Elə daş ki,
Alnında daş tarixi
Adlanan bir yazı olsun.
Elə daş ki,
Son məqamda.
Yumruğuyla qaya deşən
Mərd oğulu,
At oynadan qızı olsun.


Ultimatum 

Dinlə məni, dinlə məni,
Ey erməni !?
Dinlə məni
Bu dünyada
Yerdə, göydə, kainatda,
Mənə yalnız sən düşmənsən.
Bəşəriyyət tarixində,
İnsanlıqdan gen düşmüsən.
Nə canavar, nə pələngdən,
Nə fırtına. Nə küləkdən,
Qorxum yoxdur.
Sən özünü zorla düşmən,
Eləyəndən yuxum yoxdur.
Hansı torpaq üzərinə,
Qədəm qoysan “hay ” olursan.
Nədən ötrü ?
Axı niyə o torpağa
Vay olursan.
Bu dünyanın 
Kabusuna tay olursan.
Ox olursan, yay olursan
Maskalanıb quzu kimi,
Yetim-yetim mələyirsən.
Bu dünyanı,
Pislik adlı niyyətinə
Bələyirsən.
Yazıq kimi yazılırsan.
Qəbir kimi qazılırsan.
Az ədədli say olursan.
Harada olsan, kim olsan da ,
Axır yenə “hay ” olursan.
Hayes.. Hayes deyə ,deyə
Zəlzələ tək “ vay” olursan.
Çanaq-çanaq, vedrə-vedrə,
dəniz-dəniz qan olursan.
Gah Sərkisyan , Zori Balayan,
gah Petrosyan , yan olursan.
Qana həris canavar tək,
qan olursan.
Bir gün səni qan tutacaq,
Dünya səni tanıyacaq.
Ey erməni !!
Dinlə məni
Mən bir türkəm
Qanım təmiz, səbrim dəniz.
Əvvəl axır mən intiqam alasıyam ,
Çünki türkün balasıyam.
İndi budur, mən dənizdə bir qasırğa
doğulubdur.
Hirsim hikkən  dağ olubdur
Türk yaddaşın
Böhtanından
Lap boğaza yığılıbdır.
Vulkanlaşıb içim, çölüm ,
Məndən qorxur indi ölüm.
Çıx evimdən
Mən ildırım olasıyam.
Çünki. türkün balasıyam
Torpağımı tapdalama ,
Od qəlbimə od ələmə
Ey erməni !
Bu yer mənim, o yer mənim
Deyə - deyə
Bu dünyada Yerin yoxdur.
Nə allahın, pirin yoxdur.
Yer vermişdim ,
Yurd yuvamda qonaq kimi
Sənsə oldun,
Türk dünyama qınaq kimi.
Çıx evimdən ,
Xəyanətin millətimi,
Qan içində çalxaladı.
Sən qan olub,
Torpağıma qan suladın.
Çıx evimdən,
Qəzəb olub ,püskürürəm
Çıx evimdən,
Sonluğunu pis görürəm.
Çıx evimdən, ey erməni !
Yoxsa vallah 
Alacaqdır  ağuşuna,
Bu gor səni.
Çıx evimdən,
Əvvəl axır torpağımı alasıyam.
Bütövləşən Azərbaycan olasıyam,
Çünki türkün balasıyam.