“Yeni Bakı”nın komendantı 3 “makleri”i güllələdi - Yenilənib

yeni-bakinin-komendanti-3-maklerii-gulleledi
Oxunma sayı: 9748

Masazırda 3 nəfər "Vinçester" markalı odlu silahdan açılan atəş nəticəsində çoxsaylı qırma yarası alıb.

“Qafqazinfo” "Report"a istinadən xəbər verir ki, hadisə qəsəbədəki "Yeni Bakı" yaşayış kompleksi ərazisində baş verib.

Hadisə zamanı 1994-cü il təvəllüdlü Kamran Qasımov sağ ayağından, 1990-cı il təvəllüdlü Talıbov Məmməd döş və qarın nahiyələrindən və 1980-ci il təvəllüdlü Gəncəliyev Zaur döş və qarın nahiyələrindən çoxsaylı qırma yarası alıblar. Yaralılar 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdiriliblər.

Xəsarət alanların sözlərinə görə, onlara "Vinçester" markalı silahdan atəş açan "Yeni Bakı" yaşayış kompleksinin komendantı Ehtiram adlı şəxsdir.

***

Abşeron rayonunun Masazır qəsəbəsində baş verən silahlı insidentin təfərrüatları məlum olub.

"Yeni Bakı" Yaşayış Kompleksindәn verilən məlumata görə, hadisə kompleks ərazisində deyil, qәsәbәdә yerləşən "Qәbәlә" kafesindәki ev alqı-satqısı ofisindә baş verib.

Münaqişəyə ev alqı-satqısı ilә mәşğul olan şәxslәrlə şәhәrciyin komendantı Ehtiram Yusifov arasında söyüş üstündə yaranan mübahisə səbəb olub. Silahlı insident zamanı yaralanan şәxslәr "Yeni Bakı" yaşayış kompleksinin sakinlәri deyil.