Yeni ilə 2 dəfə daxil oldular

yeni-ile-2-defe-daxil-oldular
Oxunma sayı: 2856

Honq-Konq - Los-Anceles sərnişin təyyarəsində maraqlı an yaşanıb.

“Qafqazinfo” xəbər verir ki, mülki təyyarənin göyərtəsində olan şəxslər Yeni ilə iki dəfə daxil olublar.

Belə ki, 1 yanvar 2025-ci il saat 00:25-də Şərqi Asiyadan qalxan sərnişin təyyarəsi 2024-cü ilin dekabrın 31-i saat 20:55-də ABŞ-də eniş edib.

Ölkələr arasındakı saat fərqi səbəbindən baş verən bu hadisə CPA880 saylı reysin ekipaj və sərnişin üzvlərinin 2025-ci ili iki dəfə qeyd etməsinə səbəb olub.