Yeni Klinikada onlayn növbə ilə bağlı açıqlama

yeni-klinikada-onlayn-novbe-ile-bagli-aciqlama
Oxunma sayı: 13314

“Onlayn növbə TƏBİB və İTSDA-nın birgə layihəsidir. Bunu mükəmməl şəkildə və dayanıqlı etməliyik, qarşımıza qoyulan tələb budur. Bu, çox böyük layihədir. Hazırda klinikamızda yalnız uroloji şöbədə bunu həyata keçirə bilirik”. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Yeni Klinikanın direktoru Barat Yusubov klinikada icbari tibbi sığorta çərçivəsində ilk dəfə icra olunan aorta damarının anevrizmasının qapalı yolla təmiri, endovaskulyar stent qreft yerləşdirilməsinin icrası ilə əlaqədar bu gün keçirilən brifinqdə bildirib.

O qeyd edib ki, onlayn növbə şöbədə iki növbə şəklində açılıb: “Yanvarın 12-dən bu sistem oftalmoloji sahədə və infeksion xəstəliklərlə bağlı da tətbiq olunacaq. Biz daha az müraciət olunan xidmətlərdən başlayırıq. Hazırda onlayn növbə mövcuddur, tamamilə mütəşəkkil olaraq mövcud deyil. Yaxın zamanda bu da olacaq. Həmin sistemdə süni intellektdən də istifadə olunacaq. Məsələn, proqram özü vətəndaşa əlamətlər, yaxındakı klinika və sairlə bağlı məlumat verəcək”.

Gülnar Əliyeva