Yeni qatar adam öldürdü - Sumqayıtdan 3-cü qəza xəbəri

yeni-qatar-adam-oldurdu
Oxunma sayı: 11324

Bu gün Sumqayıtdan Bakı istiqamətində hərəkət edən qatar qəza törədib. "Qafqazinfo" xəbər verir ki, hadisə şahidlərinin AzVision.az-a verdiyi məlumata görə, 07:10 radələrində Sumqayıt sərnişin stansiyasından çıxan qatar dəmiryolu xətti üzərində qadın vurub.

Hadisə dəmiryolu xəttinin Bakı dəmiryolu stansiyasına yaxın ərazidə baş verib.

Məlumata görə, qadın hadisə yerindəcə keçinib.

Qəza nəticəsində Bakı –Sumqayıt elektrik qatarının hərəkətində 20 dəqiqə gecikmə olub.

Qeyd edək ki, Bakı-Sumqayıt qatarı bir neçə gün öncə- sentyabrın 15-də istifadəyə verilmişdi.

***

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti elektrik qatarının qadını vurması məsələsinə rəsmi açıqlama verib.

QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov AzVision.az -a bildirib ki, hadisə 17 sentyabr 2015-ci ildə saat 07.55-də Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarı Baş Keşlə - Bakı yük mənzilinin 2656-cı kilometrindən keçərkən baş verib.

Belə ki, Bakı şəhəri Keşlə qəsəbə sakini, Aşıq Qərib küçəsi ev 33 ünvanında yaşayan, 1964-cü il təvəllüdlü Qətibə İsmayıl qızı Abdullayeva qatarın çatmasına 15-20 metr qalmış qəfildən dəmir yolu xəttinin üzərinə uzanaraq intihar edib.

İlkin məlumata görə, mərhum Q. Abdullayeva ruhi xəstə olub. Elektrik qatarının müşahidə kamerası ilə hadisə vaxtı qeydə alınan görüntülər hüquq-mühafizə orqanlarına təqdim edilib.

Elektrik qatarı 27 dəqiqə gecikmə ilə Bakı-sərnişin stansiyasına daxil olub.