Yeni Yasamalda tıxacın qarşısı belə alınacaq

yeni-yasamalda-tixacin-qarsisi-bele-alinacaq
Oxunma sayı: 4004

Yeni Yasamalda yeni yol bağlantısı yaradılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən “Qafqazinfo”ya daxil olan məlumata görə, Bakı Dairəvi avtomobil yolunu Yeni Yasamal yaşayış massivi, Dadaş Bünyadzadə küçəsi ilə birləşdirən yeni bağlantı yolu salınır. Tikintisi sürətlə aparılan yeni yolun uzunluğu 1.2 km təşkil edir. Yol 2 hərəkət zolaqlı olmaqla inşa edilir. Yol yatağının eni 10 metr, hərəkət hissəsinin eni isə 6 metrdir.

Yeni yolun inşası sayəsində Bakı Dairəvi avtomobil yolu və Yeni Yasamal yaşayış massivi arasında yol bağlantısı yaradılacaq. Nəticədə, sürücülərin Yeni Yasamal yaşayış massivinə daxil olub- çıxması zamanı, xüsusən günün pik saatlarında Bakı Dairəvi avtomobil yolunun yaşayış massivinə gedən hissəsində yaşanan sıxlıq və tıxac xeyli dərəcədə azalacaq. Bu isə, öz növbəsində sürücülərin əlavə yol qət etmədən və vaxt itkisi olmadan ünvan başına çatmasına şərait yaradacaq.

Yeni yol bağlantısının yaradılması üçün aparılan tikinti işlərinin yaxın aylar ərzində yekunlaşdırılması planlaşdırılır.