Oktyabrın 12-də Yer kürəsinin yaxınlığından asteroid keçəcək.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Avropa Kosmik Agentliyinin (AKA) məlumat yayıb.
Sözügedən asteroidin diametri 15-30 metr arasındadır.
Agentlikdən bildirir ki, asteroid Yer kürəsindən təxminən 44 min km aralıdan keçəcək. “Bu olduqca yaxındır”, - deyə kosmik uçuşlar idarəsinin Avropa mərkəzinin direktoru Rolf Densinq söyləyib.