“Yükdaşımaların 80%-i azərbaycanlıların üzərinə düşür”

yukdasimalarin-80-i-azerbaycanlilarin-uzerine-dusur
Oxunma sayı: 2468

“Rusiya daşıyıcıları ilə Azərbaycan daşıyıcıları arasında vəziyyət son iki ildə köklü dəyişib. Belə ki, Rusiya ilə Azərbaycan arasında daşımalarda bazar payı 80 faiz azərbaycanlı daşıyıcıların üzərinə düşür”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin sədri Anar Rzayev deyib.

Onun sözlərinə görə, Türkiyədən Rusiyaya aparılan yüklərin də 30 faizini azərbaycanlılar daşıyır: “Rusiya bazarına baxdıqda bizə aid olmayan bazarlara da daxil olduğumuzu görürük”.

Zaur Mirzə