Yunanıstan sahillərində zəlzələ olub

yunanistan-sahillerinde-zelzele-olub
Oxunma sayı: 971

Yunanıstan sahillərində 4,8 bal gücündə zəlzələ olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri Kranidion şəhərindən 17 kilometr cənub-qərbdə, 5 kilometr dərinlikdə yerləşib. Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Həmçinin, bölgədə maqnitudası 2,1-2,7 bal arasında olan 15-ə yaxın təkan qeydə alınıb.