Yunanıstanda güclü küləkdən qaynaqlanan meşə yanğınları bir neçə gündür davam etməkdədir.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə yüzlərlə yanğınsöndürəni alovun yayılmasının qarşısını almaq üçün mübarizə aparmağa sövq edib.
Yunanıstan Meteorologiya Xidməti də növbəti yanğın riskinin yüksək olduğu barədə xəbərdarlıq edib.
Meteoroloqlar bildirirlər ki, regional isti dalğası heç bir azalma əlaməti göstərmir.
Afinanın qərbində yerləşən Loutraki sahil qəsəbəsində alov yay düşərgəsinə yaxınlaşdığı üçün 1200 uşaq oradan təxliyə edilib.
Yanğın zamanı qeydə alınan fotoları təqdim edirik:










Son xəbərlər
Son Xəbərlər