Yunanıstanda güclü zəlzələ oldu

yunanistanda-guclu-zelzele-oldu
Oxunma sayı: 922

Yunanıstanın qərbində, Albaniya sərhədinə yaxın ərazidə 5,8 bal gücündə zəlzələ qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Alman Geoloji Xidməti (GFZ) məlumat yayıb.

Bildirilib ki, zəlzələ Yunanıstan-Albaniya sərhəd bölgəsində baş verib.

Qurumun açıqlamasında qeyd edilib ki, yeraltı təkanlar təxminən 5 kilometr dərinlikdə qeydə alınıb.

Zəlzələ nəticəsində dağıntı və ya xəsarət alanlarla bağlı hələlik rəsmi məlumat verilməyib.