Zaqatala şəhər sakini 2002-ci il təvəllüdlü Ruslan İbrahimov onunla eyni ünvanda yaşayan babası, 77 yaşlı Yaşar İbrahimova məişət zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla xəsarət yetirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar aparılır. R.İbrahimovun şizofreniya xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
***
Zaqatalada 21 yaşlı gəncin bıçaqladığı babası xəstəxanada ölüb.
Çoxsaylı bıçaq yarası ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə müalicə alan 77 yaşlı Yaşar İbrahimov həkimlərin səyinə baxmayaraq dünyasını dəyişib.
Y.İbrahimovun ölümünün dəqiq səbəbini aydınlaşdırmaq üçün meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.