Zaqatalada piyada ölümü ilə nəticələnən qəza oldu

zaqatalada-piyada-olumu-ile-neticelenen-qeza-oldu
Oxunma sayı: 1674

Sentyabrın 22-si saat 13 radələrində Zaqatala rayonunun Yuxarı Tala kəndi ərazisində Ucal Şabanov idarə etdiyi “VAZ-2109” markalı avtomobil ilə yolu keçən piyada, 1952-ci il təvəllüdlü Əhmədov Məmmədvəli Əhməd oğlunu vurub.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə,  Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.