Zaqatalada daha bir yeni doğulan körpə ölümü qeydə alınıb.
“Qafqazinfo”nun məlumatına görə rayonun Cimcımax kənd sakini 19 yaşlı hamilə Cəmilə Elman qızı Əliyeva Zaqatala Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə daxil olub.
C. Əliyeva doğum şöbəsinə daxil olduqdan iki saat sonra həkim mama-ginekoloq Yeganə Bayraməliyevanın iştirakı ilə təbii doğuş baş tutub. Doğuş zamanı körpənin ölüm faktı qeydə alınıb.
Qeyd edək ki, son 10 gün ərzində Zaqatala xəstəxanasının doğum şöbəsində bu fakt da daxil olmaqla üçüncü yeni doğulan körpə ölümüdür.
Hər üç faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.
Mübariz Muradov