Zaurla Xoşqədəmin verilişi də bağlandı

zaurla-xosqedemin-verilisi-de-baglandi
Oxunma sayı: 2062

ARB telekanalında kadr və proqram dəyişiklikləri ilə bağlı qərar qəbul edilib.

“Qafqazinfo” Oxu.Az-a istinadən xəbər verir ki, sabahdan etibarən tanınmış aparıcılar Xoşqədəm Hidayətqızı və Zaur Kamalın müəllifi olduqları verilişlərin yayımı dayandırılır.

Qeyd edək ki, sözügedən aparıcıların verilişlərinin efirdən yığışdırılması ilə bağlı məlumatlar bir müddətdir özəl mənbələr tərəfindən iddia olunurdu.

ARB telekanalının mətbuat xidməti məlumatı təsdiqləyib.

Qeyd edək ki, “Azad Azərbaycan” (ATV) telekanalında Zaur Baxşəliyevin təqdimatında olan “Bizimləsən” və Zaur Nəbioğlunun “Rəngarəng” verilişləri efirdən çıxarılıb.