Zavodda təmir zamanı bədbəxt hadisə - Ölən var

zavodda-temir-zamani-bedbext-hadise
Oxunma sayı: 1490

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, dünən saat 15 radələrində İsmayıllı rayon sakini 1996-cı il təvəllüdlü Əfqan Ədalət oğlu Babayev Sahil qəsəbəsinin ərazisində yerləşən Kərpic zavodunun dam örtüyünü təmir edərkən yıxılıb.

Hündürlükdən yıxılan gənc hadisə yerində ölüb.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda araşdırma aparılır.