Zəhra Günəşin Volkan Dəmirələ zəngi maraq doğurdu - Video

zehra-gunesin-volkan-demirele-zengi-maraq-dogurdu
Oxunma sayı: 11049

Türkiyə millisinin məşhur voleybolçusu Zəhra Günəş “Kim Milyoner Olmak İster” verilişində iştirak edib. “Qafqazinfo” xəbər verir ki, ona 200 min TL qazanması üçün futbola aid sual verilib. 

Sual isə “Fənərbaxça”nın 2008-ci ildə “Sevilya” ilə qarşılaşdığı Çempionlar Liqası 1/8 final matçına aid olub. Z.Günəş futbolla heç maraqlanmadığını bildirərək “dosta zəng” köməyindən istifadə edib. O, cavab üçün Türkiyə millisinin və “Fənərbaxça”nın sabiq futbolçusu Volkan Dəmirəllə danışmağı lazım bilib. 

Hazırda “Hatayspor”un baş məşqçisi olan sabiq qapıçı sualın doğru cavabının “Fənərbaxça” qapıçısı 3 penalti qaytarıb” olduğunu bildirib. V.Dəmirəl həmin 3 penaltini özünün dəf etdiyini də qeyd edib. 

Həmin anlar Türkiyədə maraqla qarşılanıb.