Zelenskayanın Yaltadakı villası müsadirə edildi

zelenskayanin-yaltadaki-villasi-musadire-edildi
Oxunma sayı: 8060

Ukrayna Prezidenti Volodimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskayanın Yaltadakı villası müsadirə edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Gazeta.ru nəşri məlumat yayıb.

Həmçinin oxuyun: В Азербайджане родился ребенок весом 845 грамм - Видео

Məsələ ilə bağlı Krımın rəhbəri Sergey Aksyonov da teleqram kanalında məlumat verib.

O, Zelenskayanın mülkünün "milliləşdirildiyini" açıqlayıb.

Bildirilib ki, mülkün rəsmi olaraq sahəsi 129,8 m²-dir.

Qeyd edək ki, Krımın Dövlət Şurası Kiyev hakimiyyəti ilə əlaqəsi olan bir sıra ukraynalı oliqarxların - İqor Kolomoyski, Rinat Axmetov, Arseni Yatsenyuk, Nestor Şufriç və Sergey Tarutanın və digərlərinin əmlakının “milliləşdirilməsi” barədə qərar qəbul edib.