Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Şurasının iclasında iştirak etmək və tərəfdaşları ilə danışıqlar aparmaq üçün Brüsselə gedib.
“Qafqazinfo” xəbər verir ki, o bu barədə özünün teleqram kanalında məlumat verib.
Zelenskinin NATO Baş katibi Mark Rutte və Fransa Prezidenti Emmanuel Makronla görüşləri nəzərdə tutulmuşdu. Ukrayna Prezidenti, həmçinin Polşa, Danimarka və Belçikanın baş nazirləri – Donald Tusk, Mette Frederiksen və Bart De Vever ilə müzakirələr aparacaq.
Son xəbərlər
Son Xəbərlər