Zelenski Makronla Ukraynanın Aİ-yə üzvlüyünü müzakirə etdi

zelenski-makronla-ukraynanin-ai-ye-uzvluyunu-muzakire-etdi
Oxunma sayı: 2396

Ukrayna Prezidenti Volodimir Zelenski fransalı həmkarı Emmanuel Makron ilə telefon danışığı aparıb.

“Qafqazinfo” xəbər verir ki, Zelenski bu barədə sosial media hesabında məlumat verib.

Ukrayna Prezidenti bildirib ki, danışıq zamanı o, Makronu cəbhə xəttində baş verənlər barədə məlumatlandırıb və hərbi dəstəyə görə təşəkkür edib.

“Makrona Rusiyanın bütün maneələrinə baxmayaraq hazırda 7,5 milyon ton yükün daşındığı taxıl dəhlizinin işləməsi haqqında məlumat verdim. Həmçinin, Avropa Şurası sammitində Ukraynanın Aİ-yə üzvlük danışıqlarının başlamasının vacibliyini də vurğuladım”, - deyə Zelenski qeyd edib.