“Artıq qarşıdakı aylarda biz cəbhə xəttində daha fəal ola bilərik".
"Qafqazinfo" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciətində deyib.
O bildirib ki, Ukrayna yaxın aylarda Rusiya ilə müharibədə daha aktiv əməliyyatlara başlaya bilər.
"Dünyada dəstəyin mümkün qədər səmərəli olması üçün hər şeyi edəcəyik”, - deyə prezident müraciətdi açıqlayıb.