Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə hərbi vəziyyət və səfərbərliyin müddətinin uzadılması barədə qanunları imzalayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat Ukrayna Ali Radasının rəsmi saytında yerləşdirilib.
Yeni qanunlara əsasən, respublikada hərbi vəziyyət və səfərbərlik rejimi daha 90 gün – 4 maya qədər qüvvədə qalacaq.
Qeyd edək ki, fevralın 3-də başa çatmalı olan bu müddətin uzadılmasına yanvarın 14-də Ali Radanın 333 deputatı lehinə səs verib.
Qeyd edək ki, Zelenski daha əvvəl bildirmişdi ki, hətta mümkün atəşkəs əldə olunsa belə, təhlükəsizlik zəmanətləri almadan hərbi vəziyyət və səfərbərliyi ləğv etmək niyyətində deyil. O vurğulayıb ki, bu zəmanətlər beynəlxalq tərəfdaşların iştirakı ilə monitorinq mexanizmlərini əhatə etməli və döyüşlərin dayandırılması barədə razılaşmalarla eyni vaxtda qüvvəyə minməlidir.
Son xəbərlər
Son Xəbərlər