Həmin fotonun sahibi 93 yaşında vəfat etdi

hemin-fotonun-sahibi-93-yasinda-vefat-etdi
Oxunma sayı: 936

2018-ci ildə Türkiyədə yanan evinin önündə pişiyinə sarılıb ağladığı görüntülərlə yaddaşlarda qalan 93 yaşlı Ali Meşe vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Məlumata görə, 2018-ci ildə baş verən yanğından sonra “mərhəmət simvolu”na çevrilən Ali Meşe (Ali baba) müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Onun cənazəsi xeyriyyəçilərin dəstəyi ilə doğulduğu kəndində torpağa tapşırılıb.

Xatırladaq ki, A. Meşe 17 yanvar 2018-ci ildə Boludakı evində sobanı yandırmaq istəyərkən ehtiyatsızlıqdan yanğın törətmişdi. Taxta evinin alovlar içində qalmasını qucağındakı pişiyinə sarılaraq izləyən ahıl kişinin həmin görüntüləri Türkiyədə rezonans yaratmışdı.