Zelenski və ailəsinin gəliri açıqlandı

zelenski-ve-ailesinin-geliri-aciqlandi
Oxunma sayı: 12350

Ukrayna Prezidenti Volodimir Zelenski və ailəsinin ötən il üçün gəliri açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin ofisi məlumat yayılıb.

Bildirilib ki, Zelenski və ailəsinin gəliri 12 milyon 423 min 008 qrivna (təxminən 317 min ABŞ dolları) təşkil edib. 

Zelenskilər ailəsinin 2023-cü ildəki gəliri əsasən əməkhaqqı, bank faizləri və daşınmaz əmlakın kirayə verilməsindən əldə edilən gəlirdən ibarət olub. Qeyd olunub ki, bu məbləğ 4 milyon 967 min 036 qrivna (təxminən 127 min ABŞ dolları) təşkil edib.