Zelenski yenidən Baxmutda - Fotolar

zelenski-yeniden-baxmutda
Oxunma sayı: 2807

Ukrayna Prezidenti Volodimir Zelenski yenidən Baxmuta gedib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Zelenski ukraynalı döyüşçülərlə görüşüb.

O, Baxmutun müdafiəçilərini mükafatlandırıb.

Həmçinin, Zelenski Baxmut istiqamətində qabaqcıl mövqelərə baş çəkib.

Ukrayna Prezidenti cəbhənin bu istiqamətində döyüş əməliyyatlarının gedişi ilə bağlı məruzələri dinləyib, hərbçilərlə söhbət edib və Ukraynanı qoruduqlarına görə onlara təşəkkür edib.