Zelenski Zaporojyeyə səfər etdi - Fotolar

zelenski-zaporojyeye-sefer-etdi
Oxunma sayı: 2275

Ukrayna Prezidenti Volodimir Zelenski münaqişənin intensiv olduğu Zaporojye bölgəsinə səfər edib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Ukrayna Prezidentinin ofisi məlumat yayıb.

Səfər çərçivəsində Zelenski regionun ön mövqelərində xidmət edən Ukrayna əsgərləri ilə görüşüb.

Zelenskiyə cəbhədəki son vəziyyət, texnika və sursat barədə məlumat verilib.

Ukrayna Prezidenti əsgərlər qarşısındakı çıxışında, “Mən burada olmaqdan şərəf duyuram və dövlətimizi, hamımızı, suverenliyimizi, şəhərlərimizi, uşaqlarımızı qoruduğunuz üçün sizə təşəkkür edirəm. Hamımıza qələbə arzulayıram. Yaşayın və vuruşun. Sizin kimi insanlarla mütləq qalib gələcəyik”, - deyib.